Plastik boru istehsal operatoru
 
JOB TITLE: Plastik boru istehsal operatoru
EMPLOYER: Karvan - L DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-11 LAST UPDATED: N/A DEADLINE: 2020-10-11

Plastik boru istehsal operatoru

İş barədə məlumat:

- İşin tələblərini müəyyən etmək
- Sadə işçi çertyojları, işə aid müvafiq texnoloji təlimatları və verilmiş texniki tapşırıqlara uyğun olaraq texniki tələbləri şərh etmək;
- Maşın və mexanizmlərin işçi parametrləri ilə əlaqədar tələbləri başa düşmək;
- Nəzarət cədvəlləri və ya digər sənədlərə əsasən, xammalda olan uyğunsuzluqları, o cümlədən çirklənməni və rəngin dəyişməsini müəyyən etmək;
- Məhsulda olan uyğunsuzluqları istehsalın texnoloji reqlamentinə uyğun olaraq aradan qaldırmaq.
- Təhlükəsizlik ilə əlaqədar ehtiyat tədbirlərinə riayət etmək:
- Mühafizə vasitələrinin düzgün quraşdırılması və istismarını yoxlamaq.
- Avadanlığı işə salmazdan əvvəl yoxlamalar aparmaq:
- Texnoloji təlimata uyğun olaraq istimar prosesində texniki xidmət ilə əlaqədar proqram nəzarətini həyata keçirmək;
- İstismardan əvvəl maşın və mexanizmlərin işçi parametrlərini, onların qoruyucu vasitələrinin sazlığını yoxlamaq;
- Elektron idarəetməni və proqramın düzgün müəyyən edilməsini yoxlamaq və ya sadə proqramlaşdırma həyata keçirmək;
- Yükləmə qurğusunun naqil və kabel örtüklərinə nəzarət etmək;
- Avadanlıq, xammal və alətlərin müvafiq tələblərə uyğun olmasını yoxlamaq. Maşın və mexanizmləri, texnoloji prosesi idarə etmək:
- Zərurət yarandığı təqdirdə, istehsalın ahəngdarlığını pozmadan maşın və mexanizmləri komponentlərlə (və ya təkrar emal üçün nəzərdə tutulan xammalla) təmin etmək.
- Maşın və mexanizmlərin təhlükəsiz və düzgün istismarına nəzarət etmək;
- Müvafiq temperaturlar, təzyiq və presləmə dövrünün müddətini yoxlamaq üçün nəzarət-ölçü cihazlarının işinə nəzarət etmək;
- Təzyiq və temperaturu tənzimləmək;
-. Fövqəladə prosedurlara riayət etmək.
- Məhsul və ya istehsalda uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq:
- Qəlibdə hazırlanmış məhsulun səthindəki uyğunsuzluqları, o cümlədən batıqlar, köpüklər, zəif yerlər və çatları yoxlamaq;
- Maşın və mexanizmlərin işçi parametrlərini nizamlamaqla məhsulda olan uyğunsuzluqları aradan qaldırmaq.
- İstehsal prosesi barədə məlumat vermək:
- Qəliblərdə olan qüsurlar barədə nəzarətçiyə məlumat vermək;
- Tabeçiliyindəki köməkçi işçilərin əmək intizamına və fəaliyyətinə nəzarət etmək.

- İş qrafiki: Həftədə 5gün, 09.00-18.00
- Nahar-Şirkət tərəfində verilir

Namizədə tələblər:

- Ali təhsil-Texniki
- Bu sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- Təlimatlar və istehsal cədvəllərinə riayət etmək bacarığı;
- Sadə hesablama bacarığı;
- Qrupun üzvü olaraq çalışmaq bacarığı;
- Sərbəst şəkildə işləmək bacarığı;
- Təhlil bacarıqları, eləcə də düzgün düşünmək və problemləri həll etmək bacarığı;
- Plastik kütlənin istehsalı zamanı problemləri aşkar etmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Kompüterdən istifadə üzrə əsas bacarıqlar;
- Emal prosesinin düzgün aparılması və avadanlıqlar ilə əlaqədar problemləri həll etmək üçün zəruri bacarıqlar;
- Vaxtı idarə etmək bacarığı.

Əmək haqqı : 800-1000 AZN
Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını hr@karvanl.com ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Plastik boru istehsal operatoru) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP