Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-14 LAST UPDATED: N/A DEADLINE: 2020-10-14

Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.

Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.

Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

Şirkət “Satınalma üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Tələblər:

• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
• Azərbaycan rus və ingilis dillərində səlis danışıq və yazı qabiliyyəti (italyan dili arzuolunandır);
• MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
• Bazarı təhlil etmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Avropa ölkələrindən alışlar həyata keçirildiyi üçün Avropa ölkələrindən mal alımında təcrübəsi olan şəxslərin olması mütləqdir;
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı

Vəzifə öhdəlikləri:

• Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
• Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
• Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
• Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
• Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
• Alqıların təsdiq olunmasını, müvafiq qaydada sənədləşdirilməsini və inventarizasiya siyahısında qeydə alınmasını təmin etmək;
• Təşkilatın nəzərdə tutulmuş planlarına, maliyyə nizamnamələrinə və reqlamentlərinə uyğun olaraq tender siyahılarının hazırlanmasını idarə etmək və qiymətlər siyahısını əldə etmək;
• Tender və müqavilələrə dair sənədləşmənin hazırlanması üçün vaxt qrafikinin və satınalma proqramının idarə olunmasına və monitorinqinə kömək etmək. Podratın Şirkətin Təlimatlarına, siyasət və prosedurlarına uyğun olmasını təmin etmək. Satınalmalar üzrə hesabatvermə və uçota dair öhdəlikləri əlaqələndirmək;
• Müqavilələr üzrə xidmət haqlarının (qiymətlərin) həqiqiliyini və bütün müqavilələrin xərclər baxımından sərfəli olmasını təmin etmək.Ödənişlərə dair tövsiyələrin müqavilə şərtlərinə, monitorinq xərclərinə və proqnozlaşdırlmış sərfiyyata uyğun gəlməsini təmin etmək;
• Müsabiqə / tender və müqavilələrə dair sənədləşmənin bütün mövcud qanunvericilik, siyasət və prosedurları və təşkilatın Satınalma və İnzibati Təlimatlarına müvafiq olmasını təmin etmək;
• Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
• Nümunələrin təqdim edilməsi;
• Vəsait itirmədən yerinə yetirilməsini və ya ləğv edilməsini təmin etmək üçün bütün satınalma sifarişlərini və tələblərini izləmək;
• Şirkətin mebel və interyer dizayn produksiyalarının təchizat üzrə sənədləşmənin aparılması, yük trayektoriyasının izlənməsi və qəbulu proseslərində iştirak;
• Müştərinin seçdiyi və ya müştəriyə təqdim olunan modelin 3D formatında vizualizasiyası;
• Hər bir modelin eksklyuziv olaraq satışının müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi;
• Aparılan satınalma əməliyyatlarının bazada yığılması.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- Əmək haqqı 1250 AZN+ bonus
- İş saatı: 10:00-19:00

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Satınalma üzrə mütəxəssis”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP