Cementing Superintendent
 
JOB TITLE: Cementing Superintendent
EMPLOYER: Oil Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-14 LAST UPDATED: N/A DEADLINE: 2020-10-14

Cementing Superintendent

ESSENTIAL JOB DUTIES

1. “Preliminary job” hesablamaları, kompüter simulyasiyaları, məhlul sistemi dizaynı, laboratoriya test nəticələrinin nəticələrinin nəzərdən keçirməli və texniki rəy verməlidir.
2. Risk qiymətləndirmələrinin həyata keçirilməlidir., həmçinin dizaynın normativ tələblərə cavab verdiyini yoxlamaq və planlaşdırılan əməliyyat üçün xərclər smetasını təqdim etməlidir
3. İş təlimatları və işi yerinə yetirmək üçün tələb olunan resursları müəyyənləşdirmək də daxil olmaqla əməliyyat təcrübəsi təqdim etməlidir.
4. Müstəqil olaraq iş sonrası təhlili həyata keçirməli, inkişaf üçün tövsiyələr verməlidir, sonrakı işlərdə razılaşdırılmış təkmilləşdirmələri həyata keçirməlidir.
5. Servis şirkətlərindən öyrənilmiş dərsləri götürməli, müzakirələr aparmalı və tədbirləri təyin etməlidir
6. Quyuların sementləmə büdcəsini əsas və ehtiyyat planlar nəzərə alınmaqla hazırlayaraq Əməliyyatlar bölməsinə və Qazma mühəndisliyi şöbəsinin müdirinə birbaşa təqdim etməlidir.
7. Servis şirkətlərin qiymətləri və həll təklifləri daxil olaraq məsələnin (problemin) şirkət üçün həllinin qiyməti və eləcə də şirkət üçün həmin xidmətin dəyəri nəzərə alınmaqla əməliyyat bölməsinin daxilində maliyyə şöbəsi ilə birgə işləyərək, sementləmə təcrübələrini onların tələblərinə cavab vermək və Şirkətin kommersiya gözləntilərini doğrultmaq üçün həlləri problemə uyğun tərtib etmək məqsədilə istifadə etməlidir.
8. Tender hazırlığını təşkil etməli, tender sənədləri üçün texniki tələbləri hazırlamalı və qiymətləndirməni həyata keçirməli.
9. Sementləmə işləri ilə bağlı yaranmış problemlərin texniki araşdırmalarını aparmalı, iş dizaynı və texnologiyasına aid DQT-ni (Düzəltmə, Qarşısının alınması, Təkmilləşdirilməsi) hazırlamalıdır
10. Sementleme xidməti göstərən şirkətilərin təqdim etdiyi sementlemə proqramlarını yoxlamalı, detallı şəkildə nəzərdən keçirməli, mövcud quyu vəziyyətini nəzərə alaraq öz tövsiyyələrini verməklə yekun sementlemə proqramının hazırlanmasına və təsdiqlənməsinə nail olmalıdır.
11. Sementlemə xidməti göstərən servis şirkətləri üçün aylıq ƏFG (KPİ) hazırlamalı və xidmət göstərən şirkətlərin ƏFG (KPİ) –ni yerinə yetirmə statuslarını aylıq olaraq yeniləməli, əməliyyatlar bölməsinə və Qazma mühəndisliyi şöbə müdirinə birbaşa hər ay hesabat təqdim etməlidir.
12. Sementləmə işindən sonra sementləmə xidməti göstərən podratçılar tərəfindən təqdim olunan “İş sonrası raport”ları nəzərdə keçirməli və rəylərini bildirməli. O cümlədən əməliyyatlar bölməsi üçün raport hazırlamalıdır.
13. Quyular yekunlaşdıqdan sonra quyunun yekun sementleme hesabatı aparmalı və təqdim etməli.
14. Oxşar quyu qazıldığı zaman əvvəlki quyunun təcrübəsini nəzərdən keçirməli və sementləmə əməliyyatlarında texniki və maliyyə nöqteyi nəzərindən səmərəliləşdirici təklif hazırlamalı, əməliyyatlar bölməsinə və qazma mühəndisliyi şöbəsinin müdirinə təqdim etməli.
15. Tələb olunan kimyəvi reagentlərin vaxtında tədarükünü görməlidir
16. Sement laboratoriyası olduğu təqdirdə orda işləmək qabiliyyətində olmalıdır
17. Sementləmə xidmətinin şəkildə yaradılması üçün həmin avadanlıqların seçilməsində texniki rəy verə biləcək qabiliyyətdə olmalı və xidmətin yaradılması üçün kompleks tədbirlər planı hazırlamağı bacarmalıdır.

Namizədlərdən öz CV-lərini recruitment@ires.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP