Təlim Koordinatoru
 
JOB TITLE: Təlim Koordinatoru
EMPLOYER: ABTC MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-14 LAST UPDATED: N/A DEADLINE: 2020-10-14



Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Təlim Koordinatoru vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Mərkəzə telefonla müraciətlərin cavablandırılması və ya ünvanlanması;
• təlim üçün müraciətlərin və təlim iştirakçılarının qeydiyyyatını aparmaq və qeydiyyatla bağlı müraciətləri cavablandırmaq;
• Mərkəzə elektron poçtla müraciət etmiş müraciətləri öz səlahiyyətləri çərçivəsində cavablandırmaq, səlahiyyətlərinə aid olmayanaları aidiyyatı işçilərə ünvanlamaq;
• Mərkəzə ziyarətçilərin qarşılanmasını təşkil etmək;
• təlim otağını hazırlamaq və təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
• təlim materiallarını qrammatik yoxlamaq, Mərkəzin standartlarına uyğunlaşdırmaq, çoxaldılmasını və dinləyicilərə vaxtında verilməsini təmin etmək;
• təlim kursları üzrə testlərin və anonim qiymətləndirmələrin keçirilməsini (avtomatlaşmış və fiziki) təşkil etmək, nəticələri emal etmək;
• təlimsonrakı hesabatları və təlimçilərin dərs saatları barədə hesabatları hazırlamaq;
• təlim vaxtının dəyişdirilməsi barədə dinləyiciləri məlumatlandırmaq;
• daxili qaydalarla müəyyən olunmuş kurslarda testlərinin nəticələrinin müzakirəsini təşkil etmək;
• onlayn təlimləri təşkil etmək: təlimlərim yaratmaq, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və Mərkəz tərəfindən ortaya çıxan texniki problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, ehtiyac olanda müvafiq əməkdaşı cəlb etmək;
• təlim iştirakçıları üçün sertifikatları hazırlamaq və onlayn təlimlər üzrə onları aidiyyəti iştirakçı və ya sifarişçiyə göndərmək;
• Mərkəzin rəhbərliyinin təlimlərin təşkili üzrə ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Vəzifəyə aid tələblər:

• Ali təhsil, bakalavr
• Azərbaycan, rus dili bilikləri yüksək səviyyədə, İngilis dili biliyi orta səviyyədə
• Səlist danışıq və yazı qabiliyyəti
• MS Office proqramlarında işləmək bacarığı
• MS Outlook proqramında işləmək bacarığı
• Təşkilatçılıq və kreativ yanaşma
• Təşəbbüskar və yeniliklərə açıq
• Axşam saatlarında işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir)
• Ehtiyac yarandığı halda həftə sonları işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir)

Biz Sizə nə vəd edirik:

• Daimi inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
• Performansın dəyərləndirilməsi və motivasiya;
• Mərkəz hesabına nahar yeməyi;
• Tibbi sığorta proqramına qoşulma (Sınaq müddəti bitdikdən sonra);
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti.

E-mail: Office@abtc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP