Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Logistik Şirkət DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-15 LAST UPDATED: N/A DEADLINE: 2020-10-15

Vakansiya: Hüquqşünas

Ünvan: Bakı şəhəri

Müraciət üçün son tarix: 30 Sentyabr 2020-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Hüquqşünas) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com göndərin.

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəzifənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

VƏZİFƏLƏRİ:

 Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
 Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
 Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
 Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
 Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
 Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
 Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
 Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
 Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
 Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
 Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

BİLMƏLİDİR:

 Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
 Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
 müəssisənin strukturu və onun bölmələri;
 vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
 rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;
 kompüter texnologiyasının iş qaydaları;

TƏLƏBLƏR:

 Təhsil dərəcəsi: Bakalavr
 Hüquq sahəsi, hüquqşünas
 Təcrübə: Ümumi ən az 5 il , sahə üzrə ən az 2 il,
 Məsuliyyətlilik
 Ünsiyyət qurmaq bacarığı
 Etibarlılıq
 Detallara fikir vermək qabiliyyəti
 Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
 Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP