Keyfiyyətə nəzarət və test üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət və test üzrə mütəxəssis
EMPLOYER: Modenis LLC eManat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-15 LAST UPDATED: 2020-09-15 DEADLINE: 2020-10-15

Vəzifə adı: Keyfiyyətə nəzarət və test üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Web və Mobil API tətbiqlərinin manual və avtomatlaşdırılmış testi;
• Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığını yoxlamaq;
• Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək;
• Texniki işlərin sənədləşməsi və hazırlanması;
• Avtomatlaşdırılmış test skriptləri hazırlamaq və nəticələri nəzərdən keçirmək;
• Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması;
• Ödənişlərdə yaranan problemləri analiz etmək, qarşılarını almaq üçün tədbirlərin görülməsi;
• Keyfiyyəti təmin edən göstəriciləri müşaiyyət etmək (defektlərin sıxlığı, açıq defektlərin sayı və s.).

Namizədə qoyulan tələblər:

• Ali təhsil;
• Ən azı 1 il iş təcrübəsi;
• Məhsulların analizində analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Texniki sənədlərin tərtibi;
• QA işlərində və Test İdarəetmə Proqramlarında (Test Management Software) təcrübə;
• Kompyuter elmləri bilikləri;
• Komanda şəkilində işləmə bacarığı;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1.

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 1000 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

Göndərilən CV-lərdə mövzu adı yerində "Keyfiyyətə nəzarət və test üzrə mütəxəssis”  yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP