İngilis dili müəllimi
 
JOB TITLE: İngilis dili müəllimi
EMPLOYER: Fred's English mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-15 LAST UPDATED: 2020-09-15 DEADLINE: 2020-10-15

Artıq 20 ildir ingilis dilinin tədrisi üzrə fəaliyyət göstərən Fred's English mərkəzi filiallarının genişləndirilməsi ilə əlaqədar müəllimlik üzrə vakansiya elan edir.

Bildiyiniz kimi, Fred’s English rəsmi Cambridge lisenziyalı hazırlıq mərkəzidir. Mərkəzimizin əsas özəllikləri Beynəlxalq Müəllimlik Kvalifikasiyasına malik müəllim heyəti və dərslərin Cambridge tədris metodikasına əsaslanaraq keçirilməsidir.

Bu baxımdan komandamıza qoşulacaq hər bir müəllim aşağıdakı keyfiyyətləri özündə birləşdirməlidir:

- Beynəlxalq Cambridge tədris proqramını və şəxsən Mr.Fred tərəfindən tətbiq edilən ingilis dili tədris metodikasını öyrənməli,
- Beynəlxalq Müəllimlik Kvalifikasiyasını əldə etməyə hazır olmalı,
- Şəxsi inkişafa meyilli, daima öz üzərində çalışmalı,
- Məsuliyyətli, aktiv və pedaqoji fəaliyyətə marağı olanlar.

Komandamıza qoşulmaqla əldə edəcəksiniz:

- Yüksək məvacib,
-  İl ərzində seçilən müəllimlərin əlavə olaraq bonus və mərkəz hesabına xaricdə ixtisasartırma kurslarına göndərilməsi,
- Daima inkişafda olan komandanın üzvü olmaq, öz sahəsində fərdi inkişafın artırılması.

CV formanızı "İngilis dili müəllimi" başlığı ilə yeganebayramova@yahoo.com ünvanına göndərin.

Tel: 050 488 36 66; 055 422 36 66

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP