Həkim
 
JOB TITLE: Həkim
EMPLOYER: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-15 LAST UPDATED: N/A DEADLINE: 2020-10-15



Həkim

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Həkim vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri müsahibəyə dəvət edir. Biz yerli və xarici həmkarlar ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və inkişaf üçün açıq, dinamik, enerjili və təşəbbüskar işçilər axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Müvafiq sahə üzrə ali təhsil;
• İxtisası üzrə azı 1-3 illik iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
• MS Office və Windows proqramları üzrə istifadə təcrübəsi;
• Demokrat, tolerant, səmimi olmaq, habelə iti, tənqidi və məntiqi təfəkkürə, yüksək erudisiyaya vəyumor hissinə malik olmaq;
• Şagird və valideynlərlə, Məktəbin rəhbər, pedaqoji və yardımçı personalı ilə səmərəli ünsiyyətin qurulması sahəsində yüksək səriştəlilik nümayiş etdirmək.

ÖHDƏLİKLƏR:

• Həkimə müraciət edənlərə ilk tibbi yardım göstərmək
• Kompleksdə tibbi sənədləri yaradılması
• Xüsusilə qida blokunda və idman kompleksində sanitar-epidemik və gigiyenik normalara riayət edilməsiniə nəzarət etmək
• Müəllim heyətinə və qida blokunun əməkdaşlarını mütəmadi tibbi müayinədən keçirmək
• Qida blokunda qidanın düzgün texnoloji üsulla hazırlanmasına, menyunun uşaqların yaşına və fizioloji tələbatlarına uyğun qurulmasına nəzarət etmək.
• Profilaktik peyvəndlərin olunmasını təmin etmək, şagirdləri müayinədən keçirmək, ibtidai siniflərdə sanitar dəstələrini yaratmaq, Kompleksin dərman və tibb ləvazimatları ilə təmin edilməsinə nəzarət etmək.
• İnfeksion xəstəliklərin profilaktikası üçün işçilərlə seminar təlimləri aparmaq.

Əmək haqqı - 800 azn

Maraqlanan namizədlər (Word və ya PDF formatında)

1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və

2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla, hr@mtk.edu.az electron ünvanına göndərilməlidir. 

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP