Bölgə müdiri (Gəncə)
 
JOB TITLE: Bölgə müdiri (Gəncə)
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-21 LAST UPDATED: 2020-09-21 DEADLINE: 2020-10-21

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Bölgə müdiri (Gəncə)

İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Minimum 5 il
Təhsil: Ali təhsil
Yaş həddi: 28 və ya üzəri

Vəzifə öhdəlikləri:

- Satış təmsilçilərinin əmək fəaliyyətinə nəzarət etmək, istiqamətləndirmək və iş bölgülərini həyata keçirmək;
- Rutları sistemləşdirmək və hər bir satış nöqtəsinə effektiv olaraq müntəzəm ziyarətlərin həyata keçirilməsini təmin etmək;
- Satış nöqtələrində çeşidlərin yerləşdirilməsinə nəzarət etmək, yeni kampaniya və aksiyalar barədə məlumatlandırıldıqlarını yoxlamaq;
- Mövcud bazarın vəziyyətinin təhlil etmək;
- Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq;
- Planların yerinə yetirilməsinə nəzarət etmək;
- Satış təmsilçilərinin müştərilərdəki borclarının vaxtında alıb müştəri hesabından silinməsini həyata keçirmələrinə nəzarət etmək, lazımi xəbərdarlıqları etmək, bu borcların məsuliyyətini daşımaq və rəhbərliyi bu barədə mütəmadi olaraq məlumatlandırmaq;

Tələblər:

- Satış sektorunda ən az 5 il iş təcrübəsi olmalı;;
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- Satış texnikası və prinsiplərini bilmək;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
- İşgüzar davranış etikası;
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik;
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı.

- Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
- Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Bölgə müdiri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 21.10.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP