Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik
 
JOB TITLE: Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-21 LAST UPDATED: N/A DEADLINE: 2020-10-21

Ümumi məlumat

Kapital Bank namizədləri Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitikaparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
• Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi;
• Fəaliyyətlə bağlı hesabatların hazırlanması;
• Bazar riskləri sahəsində araşdırılma aparılması.

Tələblər:

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Qiymətli kağızlar haqqında yüksək bilik;
• Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.

Üstünlük verilən bilik və bacarıqlar:

• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
• Əla səviyyədə praktiki Excel bacarıqları;
• Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
• İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
• Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP