İT Koordinator
 
JOB TITLE: İT Koordinator
EMPLOYER: HR Option DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-22 LAST UPDATED: N/A DEADLINE: 2020-10-22

Şirkət: HR Option

Vakansiya: İT Koordinator

Şirkət haqqında:

HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.

Vəzifə öhdəlikləri:

• Müəssisə və bölmələrin hardware və software üzrə yarancaq sorğu və problemlərin həlli və yönləndirilməsi (IT helpdesk)
• 1C ERP üzrə texniki və sistem həlli məsələlərin həll edilməsi (1C helpdesk)
• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə - use case) hazırlanması;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi;

Vakant vəzifə üzrə tələblər:

• Tətbiqi riyaziyyat və kibernetika / İnformasiya texnologiyaları sahəsində Ali təhsil;
• Biznesi anlamalı ;
• 1C 8.3 (UNF) üzrə yaxşı bilik və təcrübə;
• Web servis üzrə biliklər: Arxitektura növü (Rest/Soap) ;
• APİ Server-lərin sorğulanması bacarığı;
• Sorğulama formatları (JSON / XML) barədə anlayış;
• Təchizatçı İT şirkətlərlə işləməyi bacarmalı ( Mütləqdir)
• Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığı;
• Microsoft Office (Excel, Visio, PowerPoint, Word)
• Xarici dil bilikləri - İngilis və Rus dili (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) ;

Maraqlananlardan xahiş olunur öz CV lərinizi cv@hroption.az email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “İT Koordinator” yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP