Tibb baş idarəsinin Layihəsinin İcra Qrupunun koordinatoru
 
JOB TITLE: Tibb baş idarəsinin Layihəsinin İcra Qrupunun koordinatoru
EMPLOYER: Main Medical Department DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-22 LAST UPDATED: N/A DEADLINE: 2020-10-22

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin Layihəsinin İcra Qrupunun (LİQ) koordinatoru vakansiyası haqqında elan

Ədliyyə Nazirliyinin (ƏN) Tibb baş idarəsi (TBİ) Sub-resipiyent olduğu, Penitensiar müəssisələrdə icra edilən “Əsas ÇDD/GDD Vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin olunması” Layihəsinin İcra Qrupunun (LİQ) koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.

Vərəm (TB), Çoxsaylı Dərmanlara Davamlı və Geniş Dərmanlara Davamlı vərəm (ÇDD/GDD-TB) penitensiar müəssisələr (PM) daxil olmaqla, Azərbaycan səhiyyəsində narahatedici məsələ olaraq qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun təsnifatına əsasən, Azərbaycan ÇDD vərəmin səviyyəsi yüksək olan ölkələr sırasına daxildir. 2021-2025-ci illər üçün yeni Milli Strateji Planın əsas məqsədi Azərbaycanda vərəmin, o cümlədən ÇDD vərəmin qeydiyyatı, yayılması və ondan ölüm hallarının əhəmiyyətli dərəcədə azaldılması yolu ilə vərəmin sosial-iqtisadi yükünü aşağı salmaqdır.

PM-də Vərəm ilə mübarizə tədbirlərinin bir hissəsi Qlobal Fondun (QF) qrant vəsaitləri hesabına, Ədliyyə Nazirliyi (ƏN) Tibb baş idarəsinin (TBİ) Sub-resipiyent (SR) qismində icra etdiyi faəliyyətləri çərçivəsində həyata keçirilir. Layihə fəaliyyətlərinin icrası üçün Layihə İcra Qrupu (LİQ) təsis edilmişdir. LİQ Koordinatoru layihə çərçivəsində keyfiyyətli və nəticə etibarı ilə səmərəli yanaşmanı təmin edərək, fəaliyyətlərin maneəsiz icrasını əlaqələndirir, həmçinin idarəetmənin effektivliyi baxımından layihənin məqsədlərinə nail olmaq üçün tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və istiqanmərtləndirilməsi işlərinin vaxtında həyata keçirilməsi məqsədi ilə monitorinq və qiymətləndirmə üzrə fəaliyyətin icrasını öz üzərinə götürür.

Koordinatorun vəzifə öhdəlikləri:

• Layihədə müəyyən olunan fəaliyyətlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, QF normativ sənədlərinə, təlimatlarına və qərarlarına, TBİ göstərişlərinə və Əsas Resipiyentin (ƏR) tələbinə müvafiq vaxtı-vaxtında icrasını təmin etmək
• Öz fəaliyyətlərini PM iş spesifikasına müvafiq qurmaq, onunla ziddiyyət yaratmamaq və ümumi yekun nəticəyə yönəltmək
• LİQ-ə rəhbərlik etmək, əməkdaşların fəaliyyətlərinin adekvat qiymətləndirilməsini həyata keçirmək
• Layihənin icra olunmasına dair rüblük, yarımillik, illik və digər hesabatların ƏR-ə təqdim edilməsini təmin etmək
• Hesabat prosesindəki problemləri aşkarlamaq və onları aradan qaldırmaq
• LİQ üçün illik planlaşdırmanın və məqsəd göstəricilərinin təyin olunmasını əlaqələndirmək
• ƏR tələblərinə uyğun olaraq layihənin yoxlanılması prosesinə nəzarət etmək
• Bütün tərəfdaşlarla lazımi əməkdaşlıq qurmaq
• Layihənin bütün partnyorlarının sənədlərdən, razılaşmalardan, QF qrantı haqqında məlumatlardan və QF təlimat/qərarlarından istifadə etmək imkanını təmin etmək
• Layihənin fəaliyyəti çərçivəsində müqavilələrin və razılaşmaların tərtib olunması, konsultant və müvəqqəti məsləhətçilərin cəlb olunması, təcrübə keçmə və ezamiyyətlərə göndərilmə ilə bağlı TBİ qarşısında məsələ qaldırmaq və təşkilati-inzibati prosedurların həyata keçirilməsinə nəzarət etmək
• Layihənin icra olunmasına dair proqram siyasətlərinin və təlimatların inkişaf etdirilməsinə rəhbərlik etmək
• Layihənin icra olunmasında yaranan problemlərin aradan qaldırılması üçün həll yollarını tapmaq
• Milli və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş Azərbaycanda və digər ölkələrdə keçirilən yığıncaqlarda, seminarlarda iştirakı, təkliflərin verilməsini koordinasiya etmək

Korporativ bacarıqlar:

• Koordinator yüksək səviyyəli professional fikir mübadiləsi aparmaq bacarıqlarına malik olmalı və insanlara qarşı loyal münasibət nümayiş etdirməli;
• LİQ-in əməkdaşlarının uğurlu fəaliyyətini, münaqişələrin həllini, işçi heyətinin potensialının artırılmasının idarə edilməsini istiqamətləndirməli;
• PM kimi spesifik və gərgin şəraitdə işləmək bacarığını nümayiş etdirməli.

Əsas bacarıqlar və təcrübə:

• Tibb sahəsində ali təhsil
• Vərəm üzrə beynəlxalq layihələrdə və Vərəmə nəzarət proqramının əlaqələndirilməsi sahəsində ən azı 5 illik təcrübə
• Epidemioloji vəziyyətin analizi və hesabatların hazırlanması, Vərəm, İİV və digər ko-infeksiyaların idarə edilməsi sahəsində ən azı 5 illik təcrübə
• Təlimləndirmə və əlaqələndirmə bacarıqları
• Beynəlxalq standartlara müvafiq ikinci sıra vərəməleyhi dərman preparatları sifarişlərinin hazırlanması bacarığı
• Azərbaycan, Rus və İngilis dillərini sərbəst yazmaq və danışmaq bacarığı
• Ofis proqramlarında mükəmməl işləmək bacarığı

Namizədin CV-si office@prisonhealth.az ünvanına göndərilməlidir. Müraciətlər 06.10.2020 tarixində 18.00-a qədər qəbul ediləcək. Müsahibə üçün seçilmiş namizədlər elektron məktubla və telefon əlaqəsi yaradılmaqla məlumatlandırılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP