Mühasib-kassir
 
JOB TITLE: Mühasib-kassir
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-22 LAST UPDATED: N/A DEADLINE: 2020-10-22

Vəzifə: Mühasib-kassir
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: 500-600 AZN

Tələblər:

1. Ali təhsilli, xanım namizəd tələb olunur;
2. Yaş: 20-32;
3. ƏDV ödəyicisi olan şirkətdə mühasib kimi ən az 2 il iş təcrübəsi olmalı;
4. Vergi Məcəlləsini və mühasibat uçotu üçün digər qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
5. Kompüter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook) olmalı;
6. İşgüzar və məsuliyyətli olmalı.

Vəzifə öhdəlikləri:

1. Banklardan və digər mənbələrdən nağd vəsatin alınıb kassaya mədaxil olunması, hesabatlarının aparılması;
2. Kassa hesabatının (gündəlik və aylıq) və bank hesabatının gündəlik hazırlanması, rəhbərə təqdim olunması;
3. AZN və xarici valyuta ilə ödəniş tapşırıqlarının yerinə yetirilməsi;
4. ƏDV Depozit hesabından ödənişlərin yerinə yetirilməsi;
5. Ödənişlər üzrə gündəlik qaimələrin işlənməsi;
6. İşin gedişatına uyğun olaraq, tələb olunan mühasibatlıq hesabatlarının hazırlanması;
7. Ayın sonunda artıq-əskik iş saatları da daxil olmaqla ofis işçilərinin, mühəndislərin və fəhlələrin əmək haqqısının baş mühasiblə birgə hesablanması;
8. Rəhbərliyin təlimatlarına uyğun digər tapşırıqların yerinə yetirilməsi;

İş haqqında məlumat:

1. İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir;
2. İş saatı 09:00-18:00;
3. İstirahət günü - şənbə və bazar günləri;
4. Nahar firma hesabına təmin olunur.

Əlaqə vasitələri:

CV-nizi mövzu hissəsində “Mühasib-kassir” qeyd edərək info@qartal.az email ünvanına göndərin.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqələndirici şəxs: Aysel İsgəndərova
Telefon: +994 50 235 48 67

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP