İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis
 
JOB TITLE: İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis
EMPLOYER: Embafinans DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-22 LAST UPDATED: N/A DEADLINE: 2020-10-22

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən ,Bank Olmayan Kredit Təşkilatıdır. Müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və bütün ölkə ərazisində təmsil olunur.

VAKANSİYA- İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis

İŞ ŞƏRAİTİ:

- İş qrafiki: həftədə 6 gün (Bazar ertəsi – Şənbə)
- Əmək haqqı: Gross 362 AZN+ verilən kreditlərin məbləği və portfel qalığına görə aylıq bonus.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Bankçılıq, Menecment və s.);
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi; (təcrübə mütləq deyil);
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili arzu olunandır;
- MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

İŞİN TƏSVİRİ:

- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması;

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeyd edərək, iseqebul@embafinans.az email ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP