ERP və Analitika üzrə Mütəxəssis
 
JOB TITLE: ERP və Analitika üzrə Mütəxəssis
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-22 LAST UPDATED: N/A DEADLINE: 2020-10-22


HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan: “ERP və Analitika üzrə Mütəxəssis

Sizin əsas vəzifə öhdəlikləriniz:

 ERP proqramlarda işləmə, yazılım və dəstək işlərinin görülməsi;
 Şirkətin iş prinsipinin və baş verən proseslərin analiz edilməsi;
 Proqram təminatlarında optimallaşdırma işlərinin aparılması və onlara müntəzəm texniki dəstəyin verilməsi;
 Yeni yaradılmış proqramların ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar:

 ERP proqramlarının əsas modullarının funksiya və imkanları üzrə məntiqi biliklərin olması;
 Güclü analitik təhlil qabiliyyətinə,araşdırma bacarığına və riyazi düşüncəyə malik olması;
 Komanda ilə işləmək bacarığı;
 Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək;
 MS SQL Database təcrübi və ya nəzəri biliklərə malik olması.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

• Təhsil : Maliyyə, Mühasibatlıq və ya Riyaziyyat sahəsi üzrə;
• İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
• Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
• Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.

Bizim iş şərtləri:

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı ş., Ələsgər Qayıbov küçəsi, 10Q, STN Biznes Mərkəzi
• Nahar və korporativ danışıq xərcləri şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik:

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ERP və Analitika üzrə Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP