İnzibatçı (administrator)
 
JOB TITLE: İnzibatçı (administrator)
EMPLOYER: Dərsimiz Tədris Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-22 LAST UPDATED: 2020-09-23 DEADLINE: 2020-10-22

DƏRSİMİZ Tədris Mərkəzi işə qəbul elan edir

Mehdiabad qəsəbəsində yeni fəaliyyətə başlayacaq “DƏRSİMİZ” tədris mərkəzi aşağıda qeyd olunan tələblərə uyğun namizədləri inzibatçı (administrator) vəzifəsinə dəvət edir:

- Ünsiyyətçilik, məsuliyyət, yaradıcılıq və punktuallıq xüsusiyyətləri vacibdir
- Bu və ya buna bənzər vəzifədə minimum 1 il iş təcrübəsi
- Yaş həddi: 25 – 45
- Dil bacarığı – Azərbaycan dilini yüksək, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli
- Kompüter bacarıqları – orta səviyyə

İş öhdəlikləri:

Tədris mərkəzinin fəaliyyətinin tam idarə olunması, həmçinin:
- Tədris proqramlarının hazırlanmasında iştirak və proqramlar üzrə dərslərin aparılmasına nəzarət olunması
- Şagirdlərin fəaliyyətinin vaxtında və tam uçotunun aparılması
- Şagirdlərin nailiyyətlərinin ölçülməsi və qiymətləndirmənin uçotunun aparılması

Əmək fəaliyyətinə başlama tarixi: 01.11.2020.

Əmək haqqı: 300 AZN-dən başlayaraq.

İş günləri və saatları: Bazar ertəsi – Cümə: saat 9:00 – 18:00. Şənbə: 10:00 – 14:00.

Maraqlanan şəxslər CV-lərini DersimizMh@gmail.com ünvanına Subject bölümünə “DƏRSİMİZ İnzibatçı” yazaraq göndərə bilərlər. Digər formada göndərilən CV-lərə baxılmayacaqdır.

Əlavə məlumat üçün: +994506536976.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP