Təhlükəsizlik və Texniki işlər üzrə köməkçi / mütəxəssis / aparıcı mütəxəssis
 
JOB TITLE: Təhlükəsizlik və Texniki işlər üzrə köməkçi / mütəxəssis / aparıcı mütəxəssis
EMPLOYER: YapiKredi Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-23 LAST UPDATED: 2020-09-23 DEADLINE: 2020-10-23

Logistika və Ümumi Xidmətlər departamenti/Təhlükəsizlik və Texniki işlər üzrə köməkçi / mütəxəssis / aparıcı mütəxəssis

Vəzifəyə olan tələblər :

- Ali təhsil;
- 2 il iş stajı;
- Ünsiyyətqurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- MS Office proqramında işləyə bilmək bacarığı;

Əsas iş funksiyaları:

• Bank binalarının fiziki təhlükəsizlik xidmətlərini idarə etmək, Bankla təhlükəsizlik şirkəti arasında əlaqəni təmin etmək;
• Yeni filial açılışlarında və köçürülmələrində lazımi təhlükəsizlik işçisinin ehtiyacını qarşılamaq üçün müdirin razılığını almaq;
• Filialların təhlükəsizlik baxımından risk dəyərləndirməsini təhlil etmək;
• Binalarda meydana gələn asayiş, yanğın, sel və s. hadisələrə müdaxilə edərək lazımi prosesləri idarə etmək, bu haqda əlaqədar bölmələrə xəbər vermək;
• Siqnalizasiya Nəzarət Mərkəzinə bağlı bütün yerlərin açılma / bağlanma saatlarını yoxlayaraq gec açılan və ya gec bağlanan yerləri əlaqədar bölmələrə bildirmək;
• Siqnalizasiya Nəzarəti Mərkəzinə düşən bütün siqnalizasiya xəbərdarlıqlarını dəyərləndirərək əlaqədar bölmələrə bu haqda hesabat vermək;
• Tələb edildiyi halda açılma və bağlanma haqqında hesabatları hazırlayaraq əlaqədar bölmələrə çatdırmaq;
• Yeni filial açılışı və köçürülməsi zamanı Təhlükəsizlik Sistemi (Siqnalizasiya, Yanğınsöndürən) layihəsini hazırlayaraq sistemlərin vaxtında quraşdırılmasını təmin etmək;
• Bankın kartlı giriş sistemini işlətmək, təmir və təchizat işlərini aparmaq, lazımi hesabatlar hazırlamaq;
• Bütün Bank işçiləri üçün şəkilli təhlükəsizlik kartı hazırlamaq;
• Bankın bütün ofislərindəki təhlükəsizlik sistemlərinin işlərini, təmir və təchizat işlərini vaxtında aparılmasını təmin etmək
• Bir başa müdirin verdiyi digər tapşırıqları yerinə yetirmək.

CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP