Risk squada biznes ekspert
 
JOB TITLE: Risk squada biznes ekspert
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-23 LAST UPDATED: N/A DEADLINE: 2020-10-23

Ümumi məlumat

Kapital Bank namizədləri “Risk squada biznes ekspert” vakansiyası üzrə “Agile” komandasına dəvət edir!

Öhdəliklər:

• Bankın risk bölmələrinin texniki dəyişiklik sorğuları və layihələri ilə bağlı tasklarının ilkin təhlilini aparır və müvafiq qaydada icraya götürülmə üçün planlama edir;
• Taskların icrası zamanı biznes nöqteyi-nəzərdən dəstək olur və task sahibləri ilə lazımi koordinasiyanın təşkilinə yardımçı olur;
• Bank Əməliyyat Sistemlərində aidiyyatı proseslərinin optimallaşdırılmasında iştirak edir və təkliflər verir;
• Hər bir sprintdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların düzgün və effektiv paylanılmasında iştirak edir;
• Komandanın fəaliyyəti çərçivəsində digər aidiyyatı işlərin həllində iştirak edir.

Tələblər:

• Ali təhsil;
• Biznes proseslərinin optimallaşdırılması və monitorinqi sahəsində ən azı 1 il iş təcrübəsi;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Yüksək səviyyədə MS Office bilikləri (xüsusilə Excel), SQL bilikləri yaxşı səviyyədə;
• Yüksək səviyyədə rus dili, işgüzar səviyyədə ingilis dili biliyinin olması;
• Görüşlərin planlaşdırılması və əlaqələndirilməsi, risk, asılılıq və maneələrin müəyyənləşdirilməsi sahəsində təcrübənin olması.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP