Influencer marketinq üzrə menecer
 
JOB TITLE: Influencer marketinq üzrə menecer
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-24 LAST UPDATED: N/A DEADLINE: 2020-10-24

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır. Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://jobs.talhunt.az/kontakt/287-%c4%b0nfluencer+manager+(sosial+media+fenomenl%c9%99ri+%c3%bczr%c9%99+menecer) 

Vakansiya: Influencer marketinq üzrə menecer

Vəzifə öhdəlikləri:

• İnfluencerlərlə reklam proyektlərini təşkil etmək: (Youtube, Facebook, İnstagram, Telegram, TikTok və s. üzrə);
• İnfluencerlərlə yenilənən kampaniyalar, endirimlər və s. haqda daim əlaqədə olmaq və onları məlumatlandırmaq;
• Briflərə uyğun siyahı çıxarıb mediaplan hazırlamaq;
• Media plana uyğun reklam proyektlərini proqnozlaşdırmaq;
• Büdcə idarə etmək, müqavilə, sənəd məsələlərində koordinasiyanı etmək;
• Reklam nəticələrini ölçüb növbəti layihələr üçün yeni növ istiqamətlər təyin etmək.

Tələblər:

• Müvafiq (və ya bənzər) sahədə iş təcrübəsi;
• Yaxşı zövqə sahib, yenilənən tendensiyalardan xəbərdar olmalı;
• Excell biliyi;
• Digital media bilikləri (ölçmək, analiz etmək, hesabat hazırlamaq);
• İnsanlarla işləmək, yüksək ünsiyyət qabiliyəti.

İş qrafiki:

- Gündəlik – 09:00-18:00, 5 iş günü
- Əmək haqqı – 600-800 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://jobs.talhunt.az/kontakt/287-%c4%b0nfluencer+manager+(sosial+media+fenomenl%c9%99ri+%c3%bczr%c9%99+menecer)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP