Müştəri xidmətləri şöbəsinin hüquqşünası
 
JOB TITLE: Müştəri xidmətləri şöbəsinin hüquqşünası
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-25 LAST UPDATED: N/A DEADLINE: 2020-10-25

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Müştəri xidmətləri şöbəsinin hüquqşünası

Namizədə tələblər

• Yaş: 22-35
• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: İxtisas üzrə ən azı 3 il iş təcrübəsi olan Arzuolunandır
• Mülki, Mülki prosesual, İnzibati Xətalar, İnzibati prosesual, Sığorta qanunvericiliyini və diqər qanuvericilikləri bilən
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili
• Kompüter bilikləri, Microsoft office proqramları

Əsas vəzifə öhdəlikləri

• Müştəriləri qəbul etmək, müştərilərdən daxil olan ərizələrin qəbulu, qeydiyyatını aparmaq (ehtiyac yarandıqda)
• Sığorta hadisələrini tənzimləmək məqsədi ilə məktublar, sorğular tərtib etmək
• Təqdim olunan sənədlərin ekspertizasını aparmaq
• Sığorta aktları və yaxud imtina məktubları tərtib etmək
• Müştərilərin iddia və şikayətlərinə cavab məktublarının tərtibi
• Sığorta hadisələrinin tənzimlənməsi prosedurlarının yaradılmasında iştirak
• Öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
• Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
• Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 17:30 dək.
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 550 AZN
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com və ya cv@ateshgah.com e -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Subroqasiya şöbəsinin hüquqşünası ” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP