Ümumi işlər şöbəsinin müdiri
 
JOB TITLE: Ümumi işlər şöbəsinin müdiri
EMPLOYER: Azərikard MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-25 LAST UPDATED: N/A DEADLINE: 2020-10-25

Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Ümumi işlər şöbəsinin müdiri.

İşin təsviri:

• Şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik edilməsi;
• Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
• Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olan digər sənədlərin və işlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
• İnzibati və kargüzarlıq işləri ilə bağlı zərurət üzrə mütəxəssislərə dəstək göstərmək;
• Şöbənin fəaliyyətinə aid sənədləri, hesabatları yoxlamaq və rəhbərliyə təqdim etmək;
• Şöbənin bölmələrinin sifarişlərinə müvafiq olaraq, xidmətlərlə bağlı görüləcək işlərin planlarının hazırlanmasına rəhbərlik etmək;
• İnzibati binanın təchizat işləri üzrə mütəmadi baxışın keçirilməsinə dair nəzarət;
• Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.

Tələblər:

• Ali təhsil (hüquq təhsili olana üstünlük veriləcək);
• Müvafiq sahədə idarəçilik üzrə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
• Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
• Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.

Namizədlərdən CV-lərini “Ümumi işlər şöbəsinin müdiri” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP