Mühəndis
 
JOB TITLE: Mühəndis
EMPLOYER: Entech LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-28 LAST UPDATED: 2020-09-28 DEADLINE: 2020-10-28

Mühəndis 

Tələblər:

- Müvafiq sahədə ali təhsil (İnşaat Mühəndisi diplomu)
- Müvafiq sahədə ən azı 5 ildən az olmamaq şərtilə iş təcrübəsi
- Mühəndislik sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı
- Kompüter bilikləri
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək

Vəzifələr:

- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi
- İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi

İş saatı həftənin 5 günü: 09:00-dan 18:00-a qədər.

Əmək haqqı razılaşma yolu ilə.

CV-lərinizi office@entech.az mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP