Əməliyyat xidmətləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
 
JOB TITLE: Əməliyyat xidmətləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-28 LAST UPDATED: 2020-10-16 DEADLINE: 2020-10-28

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Əməliyyat xidmətləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyalarını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Əməliyyat xidmətləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) cv@yelo.az ünvanına göndərə bilərsiniz.

Tələblər:

• Ali təhsil
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı
• Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı
• Komandada işləmək bacarığı
• Qüvvədə olan bank qanunvericiliyini bilmək

Vəzifə öhdəlikləri:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək
• Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması
• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Əməliyyat xidmətləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis) qeyd edərək, cv@yelo.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP