
Serviz üzrə məsləhətçi
Vəzifə öhdəlikləri:
• Müştəriləri cəld və gülərüz qarşılamaq; • Müştərilərə professional xidmət göstərmək; • Ənənəvi və elmi yolla hərəkət edərək müştərilərin razılığına və loyallığına nail olmaq; • Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək; • Xidmət/ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək; • Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək; • Bütün açılan iş kartlarını dəqiq məlumatlarla tamamladıqdan sonra və ya əlavə işlər/ehtiyat hissələri tələb olunarsa, iş kartında dəyişiklik edərək vaxtında Müştərinin yazılı təsdiqini (imza nəzərdə tutulur) almaq; • Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq; • Xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq və ya üstün gəlmək; • Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq; • Müştərilərlə əlaqə saxlayaraq onlara təyinat sistemi və növbəti dövri xidmət barədə qeydləri xatırlatmaq; • Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək; • Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədlərə tələblər:
∙ Yaş: 25-40; ∙ Ali təhsil (texniki ali təhsilə üstünlük verilir); ∙ Avtomobil sahəsində iş təcrübəsi (min. 2 il); ∙ MS Office proqramlarında işləmə bacarığı; ∙ Rus və ingilis dillərinin bilməsi üstünlükdür; ∙ Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır; ∙ Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı; ∙ Stres altında işləmə qabiliyyəti; ∙ Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti; ∙ Fəal və işə planlı yanaşma; ∙ Qərarvermə qabiliyyəti.
Namizədlər hr@cahan.az email adresinə CV göndərə bilərlər.
|