Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi
 
JOB TITLE: Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-28 LAST UPDATED: N/A DEADLINE: 2020-10-28

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi departamentinin Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Alınması nəzərdə tutulan və investisiya portfelində cari olan qiymətli kağızlar üzrə həmin şirkətlərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Həyata keçirilən təhlil üzrə İnvestisiya Komitəsinin müzakirələrində iştirak etmək;
• Qiymətli kağızlar bazarı üzrə mütəmadi bazar araşdırması aparmaq, müxtəlif sahələr üzrə “benchmarking”-lər və ssenari analizləri aparmaq;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma.
• Ali iqtisadi təhsil;
• Fəaliyyətini həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazasının (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) bir qismi ilə məlumatlı olmaq;
• Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
• Analitik düşüncə qabiliyyətinə malik olmaq;
• Qiymətli kağızlar bazarının təhlili ilə bağlı iş təcrübəsinə malik olmaq;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP