Mikro kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi
 
JOB TITLE: Mikro kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-28 LAST UPDATED: N/A DEADLINE: 2020-10-28

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Mikro kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi

Başlıca öhdəliklər və məsuliyyətlər:

• Rəhbərliyin sərəncamına/Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi;
• Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyələrin verilməsi;
• Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması;
• Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması;
• Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi.

Namizədin profili:

• Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
• Biznes kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
• Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
• Qanunvericiliyin əsaslarını bilmək;
• Sənədlərin təhlilinin aparmaq;
• Analitik düşünmə bacarığı və işgüzar fəallıq;
• Stressə davamlılıq, komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər cv@unibank.az elektron ünvanına CV-ni göndərib və mövzuda vakansiyanın adını qeyd edərdiniz və ya bu linkə keçib müraciət edə bilərsiniz: https://unibank.az/az/hrsnew/vacanciesHrm/232

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP