İdarəetmə uçotu üzrə Mühasib (İstehsalat)
 
JOB TITLE: İdarəetmə uçotu üzrə Mühasib (İstehsalat)
EMPLOYER: HR Option DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-30 LAST UPDATED: N/A DEADLINE: 2020-10-30

İdarəetmə uçotu üzrə Mühasib (İstehsalat)

* İş yeri: Bakı
* İş vaxtı: 09:00-18:00

İş haqqında:

• Sistemə yeni məhsul reseptlərinin daxil edilməsi
• Mövcud məhsul reseptlərində maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması
• Məhsullar üzrə resepturanın faktiki formalaşan maya dəyərləri ilə müqayisəsinin aparılması
• Aylıq faktiki istehsal göstəricilərilə (sərfiyyat və itki ) planlaşdırılmış göstəricilərin müqayisə olunması
• Aylıq istehsal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədləşmələrin təmin edilməsi
• Bank sənədlərinin, ödəniş tapşrıqlarının hazırlanması, cari hesabların açılması
• Periodik büdcənin hazırlanması
• İşçilərin əmək haqqı, kompensasiya, məzuniyyət üzrə hesabatlarının aparılması
• Maliyyə hesabatlarının (Balans, mənfəət-zərər, pul axını) hazırlanaraq rəhbərliyə təqdim olunması
• Son haqq hesab, məzuniyyətlərin və ezamiyyətlərin hesablanaraq ödənilməsinin təmin edilməsi
• Əmək haqqı köçürmələrinin, kassa, alış və satış hesabatlarının 1C proqramına işlənilməsi

Tələblər:

● İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə - Ali təhsil
● İstehsal sahəsində mühasib kimi minimum 3 il iş təcrübəsi olmalı
● Mühasibat uçotu, müvafiq qanunvericiliyini bilməli, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı
● MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı , 1C proqramı biliyi MÜTLƏQDİR
● Komandada işləmə qabiliyyəti
● Məsuliyyətlilik, dürüstlük, çeviklik, təhliletmə, detallara diqqət, planlaşdırma, icraedicilik, nəzarətedicilik

Uyğun və maraqlanan şəxslərdən “İdarəetmə uçotu üzrə Mühasib” başlığı ilə CV-lərini cv@hroption.az emailinə göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP