Keyfiyyət İdarəetmə Sistemləri üzrə Menecer
 
JOB TITLE: Keyfiyyət İdarəetmə Sistemləri üzrə Menecer
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-30 LAST UPDATED: N/A DEADLINE: 2020-10-30

Keyfiyyət İdarəetmə Sistemləri üzrə Menecer

Vəzifə və öhdəliklər:

• İdarəçilik sistemini beynəlxalq standartlarının səviyyəsində qurmaq;
• Keyfiyyət menecmenti sistemlərinə tələb olunan bütün prosesləri yaradıb onların icrasını təşkil etmək;
• Keyfiyyət İdarəetmə Sistemlərinin təhlil edilməsi üçün məlumatların toplanılmasını, bu məlumatlar əsasında sistemin təhlil edilməsini və rəhbərliyə keyfiyyət menecmenti sisteminin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabatı təqdim etmək;
• Müəssisənin əməkdaşlarına Keyfiyyət İdarəetmə Sisteminin tələblərini çatdırmasını təmin etmək;
• Struktur bölmələrin işçilərini lazımi rəsmi və təlimat materialları ilə tanış etmək;
• İdarəetmə sistemləri üzrə koordinasiya qrupunun işini təşkil etmək və lazımi bütün sənədləri təşkil etmək;
• Digər struktur bölmələrin keyfiyyət sahəsindəki fəaliyyətinin inkişaf etdirilməsinə rəhbərlik etmək;
• Siyasətin, məqsədlərin, tapşırıqların və proqramların işlənib hazırlanmasının (yenidən baxılmasının) təşkili;
• Müəssisənin struktur bölmələrində və tabeçiliyində olan müəssisələrdə İnteqrəedilmiş Menecment Sistemin daxili auditlərin (yoxlamaların, monitorinqlərinin) planlaşdırılmasının və keçirilməsinin təşkilində iştirak edilməsi;
• Tənzimləyici və qabaqlayıcı tədbirlərin işləyib hazırlanmasında iştirakı, struktur bölmələrdə və tabeçiliyində olan müəssisələrdə onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
• İnteqrəedilmiş Menecment Sistemin davamlı yaxşılaşdırılması məqsədilə onun fəaliyyəti haqqında Rəhbərliyə hesabatların təqdim edilməsi;
• İnteqrəedilmiş Menecment Sistemin təkmilləşdirilməsi üzrə tədbirlər planların işlənib hazırlanmasını təşkil etmək;
• Sertifikat və nəzarət auditlərinin və digər nəzarət orqanlarının yoxlamalarına hazırlanması və keçirilməsinin təşkili;
• Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

Namizədə olan tələblər:

• Ali təhsil;
• Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
• MS Office proqramları, MS Excel peşəkar biliyi
• Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
• Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

Şərtlər:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Şirkət daxili təlim və inkişaf imkanları

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “KİS Menecer” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP