Tornaçı
 
JOB TITLE: Tornaçı
EMPLOYER: Premium Transport MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-01 LAST UPDATED: N/A DEADLINE: 2020-10-31

“PREMİUM TRANSPORT” MMC

Vəzifə : Tornaçı

Əmək haqqı : Əmək haqqı normaldır və müsahibə əsasında təyin ediləcək

İş yeri : Xırdalan şəhəri

Vəzifə öhdəlikləri:

Namizədə olan tələblər

• Karusel tipli torna dəzgahında xarici, daxili fasonlu, mürəkkəb profilli səthlərin, ölçmək üçün çətin əlçatan yerləri olan səthlərin diametr boyu silindrik və ya konusvari yonulması, lazım gəldikdə müxtəlif profilli yivlərin açılmasını;
• Çətin emal olunan yüksək leqirlənmiş və hərarətə davamlı materiallardan olan hissənin emalı üzrə göstərilən işlərin yerinə yetirilməsini;
• İstismar etdiyi dəzgahın kinematik sxemini, konstruksiyasını, iş prinsipini bilməli və lazım gəldikdə təmir edilməsini bilməli
• Torna dəzgahının quruluşunu, dəqiqliyə yonma qaydalarını, istifadə etdiyi tərtibatlarla davranma qaydalarını, nəzarət-ölçü, alət və cihazların quruluşunu, müsahidə və oturtma sistemini, ölçülərin yol verilən meyllənmələrini, emal etdiyi hissənin bərkliyini, kəski alətinin bərk xəlitəsinin növünü, kəskinin itilənmə qaydasını bilməlidir;
• Mexaniki emalın dəqiqlik və təmizlik dərəcələrini, nahamarlığın mexaniki emal yolu ilə aradan qaldırılma üsullarını;
• Dəzgahın cərəyanla qidalanması üçün gərginlik xətlərinin sxemini, elektrotexnika üzrə elementar tələbləri bilməlidir.
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməli;
• Daxili Əmək İntizam Qaydalarına riayət etməli;
• Cavabdeh şəxs tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirməli.

İş şəraiti

• 6 günlük iş norması – 1 – 5 ci günlər 7 saat, 6 – cı günlər 5 saat
• Nahar yeməyi ilə təmin olunma
• Qanunvericiliyə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Tornaçı” başlığı ilə) göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP