İnsan resursları üzrə baş mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə baş mütəxəssis
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-02 LAST UPDATED: N/A DEADLINE: 2020-11-01

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

İnsan resursları üzrə baş mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: 800-1200 AZN

İş şəraiti

• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsində iştirak etmək;
• Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;
• Müntəzəm olaraq şirkətin struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək;
• Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
• Müntəzəm olaraq əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
• İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;
• Ehtiyaclara əsasən təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
• Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
• İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
• Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,
• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
• Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin davamiyyət uçotunun aparılması;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

Tələblər:

• Cinsi: Kişi
• Yaş: 35
• Təhsili : Ali
• Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
• Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;
• Elektron hökümət portalında sərbəst istifadə bacarığı
• MS Office proqramlarında (xüsusilə, Excel və Power Point) sərbəst istifadə bacarığı
• Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
• İnnovativlik və yaradıcılıq bacarığı;
• Vaxtın səmərəli idarə olunması bacarığı;
• İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə baş mütəxəssis” Mövzu bölməsində göstərin.

Son müraciət tarixi: 20.10.2020.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP