Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: EvoTech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-02 LAST UPDATED: N/A DEADLINE: 2020-11-01

Şirkət: “EVOTECH” MMC
Vakansiya adı: Mühasib

Vəzifələri:

• Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması;
• Təhtəlhesab şəxslər üzrə avans hesabatlarının hazırlanması və həmin hesablara nəzarət;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi, əmək haqqı, məzuniyyət, ezamiyyət və son haqq hesabların hazırlanması;
• Kreditor və debitorlar ilə hesablamaların uçotunun aparılması;
• Qaimə faktura, hesab fakturalarının işlənməsi,
• Bütün növ vergi hesabatlarının qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hazırlanması və təqdim edilməsi;
• DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi

Tələblər

• Mühasib kimi minimum 3 illik iş təcrübəsi
• 1C proqramının 8.2 və ya 7.7 versiyasında işləmə təcrübəsi;
• e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
• İnternet Banking sistemindən istifadə;
• Mühasibat uçotunun metodikasının biliyi;
• Mühasibat hesablaşmaları üzrə təcrübə;
• Əmək və vergi qanunvericiliyinin əsaslarının biliyi;

İş qrafiki: Həftənin 5 günü: 09:00 -18:00 dək
İş yeri: Bakı şəhəri
Əmək haqqı 500-700 AZN.

Vakansiyaya müraciət etmək istəyən şəxslərdən mövzu yerində “Mühasib” qeyd etməklə öz CV-lərini shahla.qayibxanova@evotech.az e-mail ünvanına göndərmələri xahiş edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP