Korporativ Müştərilər üzrə Satış Meneceri
 
JOB TITLE: Korporativ Müştərilər üzrə Satış Meneceri
EMPLOYER: FoxExpress DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-02 LAST UPDATED: 2020-10-02 DEADLINE: 2020-11-01

2018 - ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri - Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.

Korporativ Müştərilər üzrə Satış Meneceri

İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
İş vaxtı: 09:00 - 18:00
Əmək haqqı: 1200 AZN (net) + Bonus
Tabeçilik: Direktor

İŞİN TƏSVİRİ

− Bazar araşdırılmasının aparılması;
− Potensial müştərilər ilə görüşlərin keçirilməsi, şirkət və xidmətlər haqqında təqdimatın aparılması;
− Əməkdaşlıq üçün müraciət edən korporativ müştərilərin maliyyə vəziyyətinin yoxlanılması;
− Əməkdaşlığa cəlb edilmiş yeni müştərilər ilə xidmət müqavilələrinin bağlanılması;
− Müştəri bazasının qorunub saxlanılması üçün mövcud müştərilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin edilməsi üçün şikayətlərin dərhal araşdırılması və nəticəsi barədə müştərilərin məlumatlandırılması;
− Korporativ satışın həyata keçirilməsi və satışı icra edən Zəng mərkəzinin operatorlarına nəzarətin edilməsi;
− Tender sənədlərinin hazırlanılması;
− Bazar ehtiyaclarına görə yeni xidmət növlərinin hazırlanılması üçün Marketinq komandası ilə qarşılıqlı işin təşkil edilməsi;
− Günlük, həftəlik və aylıq satış hesabatlarının hazırlanılması;
− Müştərilərə təqdim edilən bütün xidmətlərlə Satış komandasının əlaqələndirilməsi;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− İşğaldan azad ediləcək rayonlarımıza ezamiyyətə gedə bilmə sərbəstliyi;
− Ali təhsil (Satış və Marketing sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti;
− Pozitiv, gülərüz, satış menecerinə xas olan əsas şəxsi keyifyyətləri özündə birləşdirən;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 31.10.2020 - ci il tarixinədək a.faig@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP