Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi
 
JOB TITLE: Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-03 LAST UPDATED: N/A DEADLINE: 2020-11-02

Vakansiya haqqında məlumat:

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti, Proqramlaşdırma şöbəsi
Vəzifə: Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 11 oktyabr 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Avtomatlaşmış test proqramlarının tətbiqi, sazlanması, ssenarilərin və triqqerlərin qurulması, (CI/CD -yə uyğun prosesin tətbiqi);
2. Hər hansı bir metodologiya üzrə avtomatlaşdırılımış test mühitinin qurulmasını təmin etmək və ya həmin qrup daxilində iştirak etmək.
3. Proqram tələblərinə uyğun olaraq test planlarının və senarilərin hazırlanması / nəzərdən keçirilməsi;
4. Verilənlər bazası təsirləri, səhvlər və ya istifadəyə dair test nəticələrinin təhlili.
5. Keçirilmiş proqram testi ilə bağlı bütün aspektlərə dair hesabatların hazırlanması və birbaşa rəhbərinə hesabat verilməsi. (Bugs)
6. Test ssenariləri üzrə hesabatlarının hazırlanması;
7. Dizayn baxışlarında iştirak etmək və tələblər, məhsul dizaynı və potensial problemlər barədə məlumat vermək.
8. Avtomatlaşmış proseslərin testlərinin həyata keçirilməsi;
9. Test prosesinin tənzimləməsi üçün komanda ilə birlikdə sənədlərin (proses, prosedur və qaydaların) hazırlanması və mütəmadi olaraq onların yenilənməsinə nəzarət etmək.

Namizədə olan tələblər:

- İş təcrübəsi: İnformasiya texnologiyaları sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta;
- Kompüter bilikləri: Net Core Mvc: orta, HTML: orta, MSSQL(T-SQL): orta;
- Üstünlüklər: Avtomatlaşdırılmış test monitorinq sistemlərindən istifadə təcrübəsinin, SQL biliklərinin və AspNet Core üzrə müəyyən biliklərin olması;
- İnformasiya texnologiyaları, riyaziyyat, kibernetika ixtisasları üzrə bakalavr dərəcəsi.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, M. Useynov küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP