Müştəri xidmətləri üzrə mütəxəssis
 
JOB TITLE: Müştəri xidmətləri üzrə mütəxəssis
EMPLOYER: Autolux Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-05 LAST UPDATED: N/A DEADLINE: 2020-11-04

“Avlolüks Azərbaycan” MMC-yə Müştəri xidmətləri üzrə mütəxəssis (Reception) tələb olunur

Namizədə olan tələblər:

1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dilini əla bilməlidir;
4. İngilis-dili yaxşı bilməlidir;
5. Yaş həddi 22-28 ;

Vəzifə öhdəlikləri:

1. Müştərilərə edilən/müştərilərdən gələn zənglərə cavab vermək lazımı ünvanlara istiqamətləndirmək.
2. Müştəriləri salamlamaq, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək, müvafiq məlumatları toplamaq və şirkətin potensial müştəri sisteminin və xidmət sonrası əlaqə sistemlərinin müəyyən edilmiş prosedurlar çərçivəsində işlədilməsinə nəzarət etmək.
3. Müştərilər haqqında tələb edilən məlumatların məlumat bazasının davamlı şəkildə genişləndirilməsi üçün müvafiq CRM moduluna yüklənməsini dəstəkləmək və təmin etmək.
4. Məlumat bazasının təmizlənməsinə yardım etmək, habelə məlumat bazasındakı bütün məlumatların tamlığı və dəqiqliyinin davamlı şəkildə yoxlanılması və hər hansı uyğunsuzluqlar olduğu halda bunların birbaşa rəhbərə və ya satış proseslərinə nəzarət edən şəxsə məruzə edilməsini təmin etmək.

Email : Hr@autolux-az.com

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP