Proqram təminatı üzrə layihə meneceri
 
JOB TITLE: Proqram təminatı üzrə layihə meneceri
EMPLOYER: ABTC MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-05 LAST UPDATED: N/A DEADLINE: 2020-11-04

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) əməkdaşlıq etdiyi təşkilat üçün Proqram təminatı üzrə layihə meneceri vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

• Proqram məhsulları bazarını daima təhliul etmək, yenilikləri öyrənmək və Cəmiyyətin rəhbərinə dövrü olaraq, məlumat və təkliflər vermək;
• Cəmiyyətin proqram məhsullarının kataloqunu yaratmaq və daima yeniləmək;
• Cəmiyyətin proqram məhsullarının satışına dəstək vermək, ehtiyac olduqda, potensial sifarişçilərdə görüşlərdə iştirak etmək, sifarişçilərinin tələbatını öyrənmək;
• Proqram məhsullarının təqdim olunması ilə əlaqədar Cəmiyyətin adından təkliflər hazırlamaq və ehtiyac olduqda, onların təqdimatında iştirak etmək;
• Proqram məhsullarının alınması, sifarişçilərdə quraşdırılması və təbiqi proseslərini idarə etmək;
• Proqram məhsullarının təqdim olunması ilə əlaqədar layihə qruplarının yaradılmasına dəstək olmaq;
• Proqram məhsullarının təqdim olunması ilə əlaqədar layihələri koordinasiya etmək;
• Layihələrin icrası zamanı ehtiyac olan hallarda texniki xidmət üzrə layihə rəhbərləri ilə fəaliyyətini əlaqələndirmək;
• Proqram məhsullarının təqdim olunması ilə əlaqədar bütün layihələrin vaxtında və keyfiyyətlə sifarişçilərə təhvil verilməsini təmin etmək;
• Proqram məhsullarının təqdim olunması ilə əlaqədar xidmətləri vaxtında, keyfiyyətli və “müştəri məmnunluğu” prinsipləri əsasında təhvil verilməsini təmin etmək;
• Cəmiyyətin biznes strukturlarının proqram təminatı siyasətini müəyyənləşdirmək və riayət olunmasına nəzarəti təşkil etmək;
• daxili və xarici sifarişlər, habelə spesifik strateji layihələr üzrə proqram təminatı sahəsində ehtiyac olduqda texniki tapşrıqların hazırlanmasını təşkil etmək və sifarişçi ilə razılaşdırmaq;
• proqram təminatı məhsullarının yaradılması, təkmilləşdirilməsi və istismarı dair metodologiyaların müəyyən olunması və tətbiqini təşkil etmək;
• Cəmiyyətin proqram təminatı əməkdaşlarının aidiyatı bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün müvafiq təlimlərin təşkil etmək;
• Cəmiyyətin özündə proqram təminatı sahəsində ən qabaqcıl təcrübə və texnikaların tətbiqini təşkil etmək;
• yeni proqram təminatı məhsullarının yaradılması, mövcud məhsulların təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və Direktora təqdim etmək;
• Direktorun Proqram təminatı ilə bağlı ona həvalə etdiyi layihələrin və tapşırıqların icrasını və digər vəzifələri həyata keçirmək.

Vəzifəyə aid tələblər:

• proqramlaşdırma sahəsində ali texniki təhsil;
• proqramlaşdırma sahəsində ən azı 3 il təcrübə;
• layihə idarəetməsi sahəsində ən azı 1 il təcrübə;
• liderlik bacarıqları;
• rəhbərlik etmə qabiliyyəti;
• həll yönümlülük bacarığı;
• qoyulan məqsədlərə çatmaq qabiliyyəti;
• analitik bacarıqlar və strateji düşünmə qabiliyyəti;
• öz üzərində işləmə və inkişaf etdirmə qabiliyyəti;
• layihələrin efektiv idarəolunması qabiliyyəti;
• kreativlik, yaradıcılıq və təşəbüskarlıq bacarıqları;
• stress altında işləmə və krizislərin idarəolunması bacarıqları;
• qeyri-standart qərarlar qəbuletmə bacarığı;
• münaqişələri idarəetmə qabiliyyəti;
• MS Office proqramlarında orta səviyyəli işləmə bacarığı.

Hüquqları:

• Direktorun proqram təminatı məhsullarının yaradılması, tətbiqi və istismarı ilə bağlı əmr, sərəncam, məktub və göstəriş xarakterli digər normativ sənədlərinin surətlərini əldə etmək;
• proqram təminatı məhsullarının yaradılması və tətbiqi üçün layihə qrupu formalaşdırmaq, kənar icraçıların seçimində iştirak etmək;
• layihə komandasının dəyişdiyilməsi və yenilənməsi barədə direktor və sifarişçilər qarşısında məsələ qaldırmaq;
• daxili normativ sənədlərlə verilmiş səlahiyyətlər daxilində qərarlar qəbul etmək/tapşırıq vermək və qərarların/tapşırıqların icrasını tələb etmək;
• layihələrin icrası ilə əlaqədar ehtiyac olan resursları (insan, texnoloji və s) sifariş etmək, onların seçimində iştirak etmək.

E-mail: office@abtc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP