Mediaplanner
 
JOB TITLE: Mediaplanner
EMPLOYER: OMM/Carat Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-07 LAST UPDATED: N/A DEADLINE: 2020-11-06

Mediaplanner

OMM/Carat Azerbaijan Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. Agentlik tanınmış beynəlxalq və yerli şirkətlərə mediada satınalma (TV, dijital, radio, OOH, BTL və s.), kreativ, marketinq strategiyalarının və taktikalarının hazırlanması kimi xidmətlər göstərir. Agentlik qlobal Dentsu Aegis Network holdinqini Azərbaycanda təmsil edir.

Agentliyə stabil iş axtaran gənc, özünə inamlı, perspektivli əməkdaş tələb olunur. Yeni əməkdaşa müvafiq treninq keçiriləcək, onun reklam sahəsində mütəxəssis olması üçün şərait yaradılacaq.

Tələblər:

• Azərbaycan və ingilis dilini əla səviyyədə bilmək. Rus dilini bilmək böyük üstünlükdür.
• İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı.
• Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) proqramları ilə iş
• Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü
• Riyaziyyatı və məntiqi yaxşı bilmək
• İqtisadiyyat, marketinq, riyaziyyat sahəsində ali təhsili olmaq, habelə xaricdə təhsil almaq əlavə üstünlükdür.

Görüləcək işlər:

• Şirkətin müştəriləri ilə ünsiyyət (əsasən e-mail üzərindən)
• Müştərilər üçün təqdimatların, reklam yerləşdirmək üçün yeni alətlərin təklif olunması
• Mediaplana əsasən reklamların yerləşdirilməsi, nəzarət və analizi
• TV, rəqəmsal, radio, çöl reklamı və s. üzrə müştərilərin sorğularını cavablandırmaq

Detallar:

• İş-vaxtı: 10.00-18.00, I–V günlər.
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
• Şəhərin mərkəzində, Fəvvarələr meydanının yaxınlığında iş yeri
• Gülərüz kollektiv
• İlk ay üçün başlanğıc əmək haqqı: 400 AZN

Maraqlanan şəxslər öz CV-lərini office@omm.az ünvanına “Mediaplanner” başlığı ilə göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP