Junior account manager
 
JOB TITLE: Junior account manager
EMPLOYER: OMM/Carat Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-07 LAST UPDATED: N/A DEADLINE: 2020-11-06

Junior account manager

OMM/Carat Azerbaijan Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. Agentlik tanınmış beynəlxalq və yerli şirkətlərə mediada satınalma (TV, dijital, radio, OOH, BTL və s.), kreativ, marketinq strategiyalarının və taktikalarının hazırlanması kimi xidmətlər göstərir. Agentlik qlobal Dentsu Aegis Network holdinqini Azərbaycanda təmsil edir.

Agentliyə akkaunt menecer tələb olunur. Yeni əməkdaşa müvafiq treninq keçiriləcək, onun reklam sahəsində mütəxəssis olması üçün şərait yaradılacaq.

Tələblər:

• Azərbaycan, ingilis və rus dillərini əla səviyyədə bilmək.
• Proaktiv, innovasiyalar meylli, komanda oyunçusu olmaq.
• İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı.
• Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) proqramları ilə iş
• Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü
• Riyaziyyatı və məntiqi yaxşı bilmək
• Xaricdə təhsil almaq, marketinq sahəsində təcrübəli olmaq böyük üstünlükdür.

Görüləcək işlər:

• Şirkətin müştəriləri ilə ünsiyyət (əsasən e-mail üzərindən)
• Müştərilər üçün təqdimatların, reklam yerləşdirmək üçün yeni alətlərin göndərilməsi
• Müştərinin istəyinə uyğun kreativ və media işlərinin icrası
• Media agentliyinin hər növ xidmətlərinin müştərilərə təklif olunması

Detallar:

• İş-vaxtı: 10.00-18.00, I–V günlər.
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
• Şəhərin mərkəzində, Fəvvarələr meydanının yaxınlığında iş yeri
• Gülərüz kollektiv
• Əmək haqqı: başlanğıc olaraq 400-500 AZN.

Maraqlanan şəxslər öz CV-lərini office@omm.az ünvanına “Account Manager” başlığı ilə göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP