Sosial media üzrə mütəxəssis
 
JOB TITLE: Sosial media üzrə mütəxəssis
EMPLOYER: Bizim Market DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-07 LAST UPDATED: N/A DEADLINE: 2020-11-06

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Sosial media üzrə mütəxəssis

Namizədə olan tələblər:

• Təhsil: Ali təhsil
• Müvafiq sahədə 1 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, ingilis dili və rus dili (üstünlükdür)
• Kompüter bilikləri: MS Office
• Təşəbbüskar, yenilikçi, punktual və kreativ
• İşə yaradıcı yanaşma
• Sosial Media reklam alətlərini bilmək və doğru reklam yerləşdirməyi bacarmaq
• Sosial Media reklamlarında doğru alqoritmlər istifadə etmək və hədəf kütlələrlə işləmək bacarığı

İş haqqında məlumat:

• Şirkətin sosial media reklamlarını yerləşdirmək və onları idarə etmək
• Müştərilərin sosial media üzərindən gələn suallarını cavablandırmaq
• Şirkətin sosial media hesablarının reklamlarına uyğun dizaynerlər üçün texniki tapşırıq hazırlamaq
• Şirkətin ümumi marketinq fəaliyyətininin sosial mediada tətbiqini həyata keçirmək

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı razılaşma əsasında

Vakansiyaya müraciət üçün CV-ləri “Sosial media üzrə mütəxəssis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP