Marketinq şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Marketinq şöbəsinin mütəxəssisi
EMPLOYER: Abşeron Logistika Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-08 LAST UPDATED: N/A DEADLINE: 2020-11-07

Abşeron Logistika” MMC “Marketinq şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

• Sosial media üçün həftəlik paylaşım planının hazırlanması;
• Reklamların yerləşdirilməsi, KPİ-lara nəzarət;
• Kontent planın hazırlanması;
• Mətnlərin yazılması (press reliz, post və s.) və ehtiyac olduqca ingilis və rus dillərinə tərcümə edilməsi;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
• Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
• Şirkətin strateji marketinq planın icrasını həyata keçirmək.

Namizədə tələblər:

• Ali təhsil
• Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Kompüterdə sürətli işləmək bacarığı;
• Bloq və PR üçün mətn yazmaq, press-relizlər hazırlamaq bacarığı;
• Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan;
• Xarici dil bilikləri ( Rus və İngilis dili yüksək səviyyədə);
• Azərbaycan dilinin qrammatikasını və orfoqrafiyasını mükəmməl bilməli;
• Sosial media, dijital reklam və s. sahədə biliklərinin olması;
• Dizayn, konsept və s. müasir trendlərdən xəbərdar olmalı;
• Operativlik, dəqiqlik, məsuliyyət
• Məsuliyyətli, punktual,daim öz üzərində çalışan

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@absheronport.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə beləmüraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP