Mağaza meneceri (Sabirabad filialı)
 
JOB TITLE: Mağaza meneceri (Sabirabad filialı)
EMPLOYER: Texnomart Mağazalar Şəbəkəsi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-12 LAST UPDATED: N/A DEADLINE: 2020-11-11

"Texnomart" mağazalar şəbəkəsi Arçelik, Samsung, İndesit, Hotpoint, HITACHI və müxtəlif növ rəqəmsal və məişət texnikasının satışını həyata keçirir. O cümlədən "Texnomart" mağazalar şəbəkəsi avadanlıqların zəmanətli və post-zəmanətli təmirini həyata keçirir.

"Texnomart" davamlı öz üzərində çalışan mağazalar şəbəkəsi olaraq istedadlı mütəxəssislərin işə cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@srgroupco.com e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Mağaza meneceri (Sabirabad filialı)

Tələblər:

•Ali təhsil;
•Müvafiq sahə üzrə ən azı 2 ilə yaxın iş stajı;
•MS Excel, Word və Outlook proqramları ilə işləmək qabiliyyəti;
•Dinamiklik, inandırma və ünsiyyət bacarığı.

Vəzifələr:

• Mağazada həyata keçirilən satış proseduruna nəzarət edilməsi;
•İşçilərin davamiyyətinə nəzarət edilməsi, əmək və icra intizamına riayət edilməsinə nəzarətin həyata keçirilməsi;
•Müştəri məmnuniyyətinin təmin olunması;
•Mağazalarda malların vitrinlərdə düzülüşünə, səliqəsinə nəzarət edilməsi;
•Gündəlik və aylıq hesabatların verilməsi;
•Mağazada ümumi işin təşkili və ona nəzarət edilməsi.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP