Sistem və Şəbəkə İnzibatçısı
 
JOB TITLE: Sistem və Şəbəkə İnzibatçısı
EMPLOYER: PITS LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-12 LAST UPDATED: N/A DEADLINE: 2020-11-11

Vəzifə: Sistem və Şəbəkə İnzibatçısı
Şirkət: PITS Texnoloji Həllər Şirkəti
Ölkə: Azərbaycan
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə öhdəlikləri:

- Active Directory (Qaldırılması, Quraşdırılması, İdarə olunması) ilə işləmək;
- Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Terminal serverlərin sazlanması və dəstəklənməsi;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
- Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
- Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
- Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;
- Şirkətin və müştərilərin şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;
- İnternet resurslarının istifadəsinə nəzarət etmək;
- Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılması;
- Xarici, daxili, beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun layihələndirilməsi;
- Şəbəkə təhlükəsizliyini təmin etmək;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
- Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;

Tələb olunan təcrübə:

- Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi

Bilik və Bacarıqlar:

- Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
- Windows əməliyyat sistemlərində işləmə bacarığı;
- DNS, DHCP, RDS üzrə biliklər;
- Linux/Unix üzrə ilkin biliklər;
- VPN texnologiyaları ilə iş bacarığı;
- Firewallarla iş təcrübəsi (Cisco ASA, FortiGate);
- Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
- Problemləri düzgün analiz edə bilmə bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
- İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;
- CCNA Security, CCNP sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
- Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem və Şəbəkə İnzibatçısı” kimi göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP