Anbarlar üzrə menecer
 
JOB TITLE: Anbarlar üzrə menecer
EMPLOYER: Azerbaijan Fish Farm DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-13 LAST UPDATED: N/A DEADLINE: 2020-11-12

Anbarlar üzrə menecer

Əsas vəzifə öhdəliklər:

• Hazır məhsulun saxlanılmasının və buraxılışının, onların yerləşdirilməsinin, anbar sahəsindən səmərəli istifadəsinin təmin edilməsi
• Anbara yığılan hazır məhsulun qorunub saxlanılmasını, saxlama rejiminə riayət edilməsini, mədaxil və məxaric kimi sənədlərin verilməsi və rəsmiləşdirmə qaydalarının təmin edilməsi
• Anbarda yükləmə və boşaltma işlərinin normalara müvafiq təşkilinin təmin edilməsi.
• Aylıq, rüblük, illik anbar hesabatların hazırlanmasının təşkili
• Tələb olunan saxlanma şəraitinin yaradılması
• Texniki təhlükəsizlik qaydalarının əməl edilməsinə nəzarət.
• Anbar qalıqlarının səviyyəsinin planlaması
• İnventarizasiya prosesinin təşkili
• Anbar heyətinin idarə edilməsi
• Anbarlar arası hərəkətin təşkili
• Anbar əməliyyatlarında iştirak edilməsi və daimi nəzərdə saxlanılması

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür);
• İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il-dən az olmayaraq;
• Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil bilikləri arzuolunandır;
• Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir, 1C proqramında işləmək bacarığı;
• Təchizat zəncirinin dərin bilikləri;
• Yüksək İdarəetmə qabiliyyəti;
• Daim Ezamiyyətlərə gedə bilmək;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü, istirahət günü: şənbə və bazar
• Əmək haqqı: 2000-2500 AZN

Vakansiyaya müraciət üçün CV-ri “Anbarlar üzrə menecer” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP