Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
EMPLOYER: Azerbaijan Fish Farm DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-13 LAST UPDATED: 2020-10-13 DEADLINE: 2020-11-12

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

(Balıq artırılması, yetişdirilməsi, istehsalı və balıq məhsulların emalı sahəsində təcrübə arzuolunandır)

Namizədə olan tələblər:

- İş stajı: Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsində ən azı 3-5 il
- Ali təhsil: Qida mühəndisliyi, Biologiya, Zoologiya, Baytarlıq, Kimya və ya bunlara uyğun ixtisaslar
- Nəzəri biliklər:Balıqçılıq, Akvakultura, Balıq məhsulları Emalı üzrə nəzəri biliklərin olması üstünlükdür.
- Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalı və sertifikatı olması arzuolunandır.
- Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması arzuolunandır.
- Dil: Azərbaycan, Rus, İngilis dilində sərbəst danışma, yazma, ünsiyyət.
- Kompüter: Kompüterdə sərbəst işləmə qabiliyyətinə malik olmalıdır.
- Yaş həddi: 22 – 45 yaş,
- Əmək haqqı: 2000-2500 azn net

Vəzifə öhdəlikləri:

• Keyfiyyətə nəzarət üzrə sistemi qurmaq;
• HACCP sistemini qurmaq və tələblərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək/ nəzarət etmək;
• Şirkətin keyfiyyətə nəzarət sistemini İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartlarına uyğunlaşdırmaq;
• Balığın yetişdirilməsindən başlayaraq balıq məhsullarının istehsalı və satışına qədər olan mərhələlərin texnoloji qaydalara riayət olunmasına nəzarət;
• Gigiyenik, Uyğunluq, idxal, Baytarlıq sertifikatlarının alınması;
• Beynəlxalq standartların tələblərinə uyğun olaraq sənədləşmə işlərinin həyata keçirilməsində dəstək;
• Aidiyyəti olan şöbələrə keyfiyyətə nəzarət üzrə təlimlərin təşkil edilməsi;
• Sahələrdə risk analizinin aparılması.

Vakansiyaya müraciət üçün CV-ri “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP