Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-13 LAST UPDATED: N/A DEADLINE: 2020-11-12

Vəzifə: ANBARDAR

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək,
- Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək,
- Zədəli və servisə göndərilməli olan malların müşaiyət edici aktlara və sənədlərə uyğun vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək,
- Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək , motivə etmək və kollektiv ruhu qorumaq,
- Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək,
- Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək haqqında mağaza müdirini məlumatlandırmaq,
- Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək.

TƏLƏBLƏR:

- Təhsil: Ali/Orta-ixtisas
- Sahə üzrə 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili(arzuolunandır)
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.)

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
"Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP