Satış nümayəndəsi
 
JOB TITLE: Satış nümayəndəsi
EMPLOYER: PARLA Pharmaceuticals DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-13 LAST UPDATED: 2020-10-28 DEADLINE: 2020-11-12

Satış nümayəndəsi, Bakı

İstedadlı insanlarla işləmək, professional mühitdə inkişaf etmək və potensialınızı həyata keçirmək üçün fürsət veririk. Həmçinin ümid edirik ki, bizimlə birlikdə pasiyentlərin həyatını yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəksiniz!

"Parla Pharmaceuticals" şirkəti, yüksək texnologiyalı dərmanların tam istehsalına yönəlmiş, Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olaraq 2019-cu ilin sentyabr ayında təsis edilmişdir. İlkin məqsəd əlverişli qiymətə yüksək keyfiyyətli əczaçılıq məhsulları istehsal etməkdir və missiyamız əczaçılıq bazarında və cəmiyyətdə müştəri yönümlü yanaşmanı və liderliyi inkişaf etdirməkdir. Qabaqcıl biotexnoloji və nanotexnoloji məhsulların ixracı əsas istiqamətlərdən biridir. Parla bütün dünyada Azərbaycanın ən yaxşı Əczaçılıq brendi olmaqda iddialıdır.

Vəzifə

• Şirkət məhsullarını təqdim etmək
• Gündəlik tibb və əczaçılıq müəssisələrinə baş çəkmək
• Bazar təhlili aparmaq
• Satış dinamikasını izləmək
• Fəaliyyət planı tərtib edərək həyata keçirmək və elektron sistemdə qeydiyyat aparmaq
• Maarifləndirici tədbirlər, sosial layihələr həyata keçirmək

Namizədə tələblər

• Yüksək satış bacarığı
• Satış sahəsində minimum 1 il təcrübə
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
• Analitik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramların biliyi (World, Excel, Power Point);
• Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;
• Əczaçılıq təhsili olanlara üstünlük veriləcək.

İş şəraiti

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• I-V günlər, 8 saatlıq iş rejimi
• Şirkət daxil təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı

CV-lərinizi 10 noyabr 2020-ci il tarixinədək aytan.abdullayeva@parlapharma.com ünvanına yollamağınızı xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP