Mühasib -Təcrübəçi
 
JOB TITLE: Mühasib -Təcrübəçi
EMPLOYER: Baku Business Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-13 LAST UPDATED: N/A DEADLINE: 2020-11-12

Mühasib -Təcrübəçi

"Baku Business Consulting" MMC

• Şəhər- Bakı
• Yaş- 21 – 25 yaş
• Təhsil- Ali (İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə )
• İş təcrübəsi- 1 il
• Əlaqədar şəxs- Leyla Camalzadə
• Telefon- (012) 480-17-66, (070) 255-80-05
• E-mail- office@bakubusinessconsulting.com

Şirkət haqqında:

Baku Business Consulting” MMC 2014-cü ilin noyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq, insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir

Namizədə tələblər:

- 1C və BTP proqramlarında sərbəst şəkildə işləmək bacarığı
- e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı
- Məsuliyyətli ,nəzəri və praktik bacarıqlarını daim inkişaf etdirməli
- İşgüzar etiket qaydalarına riayət etməli
- İşçi heyəti ilə düzgün münasibətdə olmaq

Vəzifə öhdəlikləri:

- Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
- Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;

İş şərtləri:

- İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-dan 13:00-dək

Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlər işlə təmin olunacaqdır.

Bütün kriteriyalara cavab verən şəxslər CV-lərini MÜHASİB-TƏCRÜBƏÇİ başlığı ilə office@bakubusinessconsulting.com e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP