İT System Administrator
 
JOB TITLE: İT System Administrator
EMPLOYER: Super Toys DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-13 LAST UPDATED: N/A DEADLINE: 2020-11-12

Super Toys İT System Administrator vəzifəsi üzrə vakansiya elan edir.

Ə/h 800-1000 AZN.

Vəzifə Öhdəlikləri :

- Yeni serverlərin quraşdırılması
- Avadanlıqları,periferik cihazları, xidmətləri, parametrləri, təlimatları, yaddaşı layihə/əməli tələblərə müvafiq quraşdırmaq.
- Bütün avadanlıqların, server resurslarının, sistemlərin və əsas proseslərin düzgün işləməsini, mövcudluğunu yoxlayaraq, sistem və tətbiqetmə məlumatlarına və məlumatların qorunması kimi gündəlik işlərin həyata keçirilməsinə nəzarət etmək.
- Gündəlik sistem monitorinqini həyata keçirmək.
- Sorğu əsasında əməliyyat sistemində və şirkətin elektron poçtunda istifadəçi hesabı yaratmaq, dəyişmək və silmək.
- Sistemin effektivliyini qorumaq.
- Sistem tərtibatının bütün komponentlərinin birlikdə düzgün işləməsinə imkan verdiyini təmin etmək.
- İstifadəçilərin sorğusuna əsasən problemləri həll etmək.
- Fərdi kompüterlərdə drayver, personal kompüterlərin parametrləri və printerlərin quraşdırılması kimi şəbəkə komponentlərini qorumaq.
- Fayl serverlər, VPN, kənar müdaxilənin təyin edilməsi sistemləri kimi şəbəkə serverlərini qorumaq.
- Sistemi idarəetmə məsələlərində yeni və mümkün olduqca avtomatlaşdırılmış yanaşmalar tədqiq etmək və bu sahədə tövsiyələr vermək;
- Faylların arxivləşdirilməsini və lazım olduqda təmizlənməsini davamlı sürətdə yerinə yetirmək;

Namizədə Tələblər :

- İnformasiya Texnologiyaları sahə üzrə ali təhsil
- SQL Server database biliyi
- Microsoft Server biliyi
- System/Şəbəkə administratoru vəzifəsində minimum 3 il təcrübə
- Rus dili və İngilis dili bilməsi üstünlükdür.

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “CV”–lərini mövzu hissəsində vəzifə adını “İT System Administrator” qeyd etməklə, (Hr@supertoys.az) ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP