Xidmətin Keyfiyyətinə Nəzarət Şöbəsinin Eksperti
 
JOB TITLE: Xidmətin Keyfiyyətinə Nəzarət Şöbəsinin Eksperti
EMPLOYER: Rabitabank OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-14 LAST UPDATED: 2020-10-14 DEADLINE: 2020-11-13

Rabitəbank” ASC Xidmətin Keyfiyyətinə Nəzarət Şöbəsinin Eksperti vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

- Müştəri Xidməti Strukturlarında yerində və məsafədən monitorinqlər keçirmək;
- Xidmət keyfiyyətinin göstəricilərini və qiymətləndirmə meyarlarının hazırlanması, tətbiqi ilə bağlı təkliflər vermək;
- Xidmət keyfiyyətinin təmin edilməsi və artırılması ilə bağlı təkliflər vermək;

Namizədə olan tələblər:

- Ali təhsil (Maliyyə və İqtisadi sahədə ali təhsil arzuolunandır);
- Xidmət keyfiyyəti sahəsi üzrə ən azı 2 illik iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Müştəriyönümlülük;
- Təşəbbüskarlıq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Keyfiyyətə Nəzarət - Ekspert” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi, 33

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP