Ekspeditor (pərakəndə sektor üzrə)
 
JOB TITLE: Ekspeditor (pərakəndə sektor üzrə)
EMPLOYER: Sirab ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-14 LAST UPDATED: N/A DEADLINE: 2020-11-13

Ekspeditor (pərakəndə sektor üzrə)

Əsas tələblər:

- Minimum təhsil dərəcəsi: Bakalavriat ;
- Komputer bilikləri: MS Office – Başlanğıc səviyyədə;
- Dil bilikləri: Azərbaycan – Əla (Rus və ya ingilis dili biliyi üstünlükdür);
- Yaş həddi: 25– 35;
- Cinsi: Kişi;
- Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən qida – içki) minimum 1 il satış təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması, avtomobil idarə edə bilmək qabiliyyəti və şəxsi avtomobilin olması mütləqdir.

Fərdi keyfiyyət göstəriciləri:

- Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
- Satış sahəsində kariyera qurmağı hədəf seçən;
- Komanda işinə maraq göstərən;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Məsuliyyət daşımaq və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmiş;
- Gərgin iş tempinə uyğunlaşa bilən;
- Tənqidə açıq, şəffaf və bölüşgən;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;
- Analitik-informasiya və strateji düşünmə qabiliyyəti olan.

İş barədə:

- Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul/xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
- Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
- Məhsulların tənzimlənməsi və varlığının yoxlanması təmin etmək;
- Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Yeni məhsulları tanıtmaq;
- Rəqib məhsul və kampaniyaları haqqında müdirə hesabat vermək;
- Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar)uyğun şəkildə istifadə edilməsini təmin etmək;
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
- Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.

İş vaxtının norması:

- 08:00-18:00 / 6 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

- Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ekspeditor” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Babək “Sirab” ASC haqqında:

Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP