Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Corn Processing Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-14 LAST UPDATED: N/A DEADLINE: 2020-11-13

HÜQUQŞÜNAS

İş yeri: Oğuz şəhəri, Oğuz Qarğıdalı Məhsulları Kompleksi
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 500 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Direktor

İŞİN TƏSVİRİ

- Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək
- Müəssisə, idarə və təşkilatlarda hüquqi işlərə metodiki rəhbərlik etmək, struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərmək, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək.
- Müəssisə, idarə və təşkilatların bölmələrinin iştirakı ilə mənimsənilmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz, standartdan kənar, komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlamaq, icrası qurtarmış məhkəmə, işlərinin hesabını və mühafizəsini aparmaq.
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirmək.Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy vermək, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak etmək.
- İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət etmək. -Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər etmək və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq
- Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparmaq.
- Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də müəssisə, idarə və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək.
- Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış etmək.
- Müəssisə, idarə və təşkilatların işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verməkMalın anbardan müştəriyə çatdırılanadək izlənilməsi, ortaya çıxan problemlərin həlli istiqamətində işlərin görülməsi.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

- Ali təhsil (Hüquqşünaslıq ixtisası üzrə);
- Müqavilələrin tərtibi üzrə minimum 1 il iş təcrubəsi;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan, rus və ingilis dilləri - əla səviyyədə;
- Dəqiqlik, detallara diqqət, məsuliyyətlilik;
- Kollektivlə işləmə bacarığı.

CV-lərinizi 15.11.2020-ci il tarixinədək hr@cpccom.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP